• Heyva dolması resepti

Reseptin məlumatları Baxış sayı: 7 464

Tarix : 8-10-2020, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : evdar_az


Tərkibi:
200 qr qoyun əti
1 ədəd soğan
100 qr keşniş
duz, istiot
sarıçiçək
heyva

Hazırlanması:
İlk öncə heyvanı yaxşıca yuyun. Zövqə görə qabığını soya bilərsiniz. Heyvanın iç hissəsini çıxarın. Əti, soğanı ət maşınından və ya blenderdən keçirin. Və ya mətbəx çəkiciylə döyə bilərsiniz. Bir qabda çəkilmiş qoyun əti, soğanı qarışdırın. Üzərinə xırda doğranmış keşniş, duz, istiot və sarıçiçək töküb yaxşıca qarışdırın. Hazırladığınız içliyi heyvaların içərisinə doldurun . Əvvəlcədən 250 dərəcə qızdırılmış sobada heyva yumşalanadək bişirin.

Nuş olsun!
Etiketlər: dolmalar, heyva, dolması, yeməklər, nuş olsun
BİZİ İZLƏYİN