• Tavada ləzzətli lülə kabab resepti

Reseptin məlumatları Baxış sayı: 20 575

Tarix : 9-10-2020, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : evdar_az


Tərkibi:
1 kq qiymə (quzu əti və ya mal əti)
180 qr soğan
180 qr quyruq
0,5 xörək qaşığı zirə
1 xörək qaşığı keşniş
0,5 çay qaşığı istiot
1 çay qaşığı duz
0,5 xörək qaşığı bitki yağı

Hazırlanması:
İlk öncə quyruğu və soğanı çox xırda doğrayın. Bir qabda qiymənin üzərinə xırda doğranmış quyruq, soğan, üyüdülmüş zirə, xırda doğranmış keşniş,duz və istiot əlavə edib yaxşıca qarışdırın. Təxminən 10 dəqiqə əllə yaxşıca yoğurun. Hazırladığınız qiyməni 2-3 saatlıq soyuducuya yerləşdirin. Saatın tamamında qiymədən 100 qr ağırlığında kotletlər hazırlayın. Çöp şişi hazırladığınız kotletlərə keçirərək lülə kabab forması verin. Tavanı bitki yağıyla azca yağlayıb lülə kababları tavaya yerləşdirin. Arabir çevirərək kababları bişirin. Hazır lülə kababları göyərti, halqa doğranmış soğanla süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: lülə, kabab, tavada, ləziz
BİZİ İZLƏYİN