• Tuna balıqlı sendviç resepti

Reseptin məlumatları Baxış sayı: 6 508

Tarix : 13-12-2020, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Praktik reseptlər / Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4


Tərkibi:
150 qr konservləşdirilmiş Tuna balığı
3 xörək qaşığı mayonez
1 bibər
1 soğan
duz
istiot
1-2 pomidor
dilimlənmiş çörək
holland pendiri
1 xörək qaşığı limon suyu

Hazırlanması:
Tuna balığını konservdən başqa bir qaba tökürük (yağı və ya suyu süzməyiniz mütləqdir). Bibər və soğanları xırda-xırda doğrayırıq, duz, istiot, limon suyunu və mayonezi də qatıb qarışdırırıq.

Doğranmış çörəklərimizi götürüb qarışımımızı üzərinə yayırıq və daha sonra incə dogranmış pomidorları düzürük. Son addım olaraq, rəndədən keçirdiyimiz holland pendirini əlavə edib sobaya qoyuruq.

Nuş olsun!
Etiketlər: holland, limon, istiot, xırda, qaşığı, xörək, üzərinə, yayırıq, sonra, dogranmış, götürüb, qarışdırırıq, Doğranmış, çörəklərimizi, pomidorları, qarışımımızı, addım, əlavə, sobaya, qoyuruq
BİZİ İZLƏYİN