• Toyuq və tərəvəzlə doldurulmuş kabak resepti

Reseptin məlumatları Baxış sayı: 1 876

Tarix : 15-05-2021, 18:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 1-2


Tərkibi:
150 qram toyuğun döş əti
1 ədəd kabak
1/2 ədəd pomidor
100 qram brokkoli
40 qram kök
1/2 soğan
2 xörək qaşığı qatıq
50 qram pendir
Duz
İstiot

Hazırlanması:
Kabakı yuyun. İki yerə bölün. Səliqəli şəkildə içini təmizləyib, duz və istiot vurun.
Tərəvəzləri yuyun və hamısını kvadrat formasında doğrayın.
Toyuğun döş ətini də kvadrat formasında doğrayın.
Pendiri rəndədən keçirin.
Yağı tavaya qoyun. Tərəvəzləri, toyuğun döş ətini qarışdırıb yağda 7-8 dəqiqə bişirin.
Hazır olan içliyi bir qaba tökün və üzərinə qatıq əlavə edib diqqətlə qarışdırın.
İçliyi balqabağın içinə doldurun üzərinə pendiri əlavə edin.
Sobada 180 dərəcədə 40 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: doğrayın, formasında, kvadrat, yuyun, ətini, dəqiqə, əlavə, üzərinə, bişirin, qatıq, Tərəvəzləri, toyuğun, uploads, Goryachie, Hazır, içliyi, yağda, qarışdırıb, rəndədən, keçirin
BİZİ İZLƏYİN