• Ağızda əriyən kotlet resepti

Reseptin məlumatları Baxış sayı: 6 059

Tarix : 20-04-2021, 16:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 1 toyuq sinəsi
- 2 orta kabaçok
- 1 yumurta
- 1 baş soğan
- 1 bibər
- 1 dəstə keşniş
- 1 x.q. un
- duz, istiot, suxarı

Hazırlanması:
Kabaçokları yuyun, nazik soyun, bolqar bibəri, soğan və toyuq döşü ilə birlikdə ətçəkən maşınından keçirin.
Duz, istiot, un, xırda doğranmış göyərti əlavə edin, yaxşı qarışdırın.
Farşdan götürüb suxariyə batırın, kotlet formasına salın, qaynar bitki yağında qızardın.

Nuş olsun!
BİZİ İZLƏYİN