Tərkibi:
- 4 toyuq filesi
- 4 tikə vetçina
- 4 tikə pendir
- duz, istiot, istənilən digər ədviyyatlar (zövqə görə)
- 2 yumurta, 2 x.q. un, 100 qr üyüdülmüş suxarı
Hazırlanması:
Fileni mətbəx çəkici ilə döyün, duz, istiot vurun.Filenin bir tərəfində vetçina və pendir qoyun, rulet formasında bükün, unlayın.Yumurtanı duzla çalın, ruletləri əvvəl yumurtaya, sonra suxarıya batırın.
Tavaya folqa sərin, ruletləri düzün, 200 C qədər qızdırılmış sobada təxminən 25 dəqiqə bişirin (üstü qızarmalıdır).Masaya tərəvəzlərlə vermək olar.
Nuş olsun!