• Mititey resepti

Reseptin məlumatları Baxış sayı: 12 723

Tarix : 11-10-2014, 23:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Mititey Moldaviyanın milli mətbəxindən açıq ocaqda bişirilən kolbasadır.

Tərkibi:
500 q qiymə (mal və ya qoyun)
5 diş sarımsaq
bıçağın ucunda soda
100 ml buzlu mineral su
duz
qara istiot
yağ

Hazırlanması:
Qiyməyə soda, istiot, duz, əzilmiş sarımsaq əlavə edin. 10 dəqiqədən az olmayaraq xırda-xırda mineral su əlavə edərək yoğurun. Sonra yarım saat soyuducuda saxlayın. Sonra qiyməni kotlet boyda kündələrə ayırın. Plastik şüşənin yuxarı hissəsini kəsin, qıf alınacaq. Ət kündələrini bu qıfdan üstü yaş olan lövhənin, taxtanın üstünə keçirin. Kolbasaların uzunluğu təxminən 10-15 sm olmalıdır.

Yağı tavada qızdırın. Alınan kolbasaları ehtiyatla içinə salıb hərtərəfli qovurun.

Süfrəyə tərəvəz qarniri ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: mineral, Sonra, əlavə, sarımsaq, istiot, xırda, təxminən, uzunluğu, keçirin, Kolbasaların, üstünə, kəsin, hissəsini, yuxarı, alınacaq, kündələrini, lövhənin, qıfdan, taxtanın, tavada
BİZİ İZLƏYİN