• Göbələk souslu ənginar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 440

Tarix : 18-03-2016, 11:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2


Tərkibi:
1 ədəd iri ənginar (yaxud 2 ortaboy)

Sous üçün:
3-4 şampinyon
kərə yağı
qaymaq
un
0,5 diş sarımsaq
duz
qara istiot

Hazırlanması:
Ənginarın yalnız dibi və ləçəklərinin ətli hissəsi yeməlidir. Buna görə də onu müxtəlif cür təmizləyib hazırlayırlar.
Ənginar çiçəyinin üstdən 1/3-ni kəsin. Sonra qayçı ilə hər ləçəyin ucundakı iti hissəni kəsin.
Göbələk souslu ənginar resepti - FOTO RESEPT

Göbələk souslu ənginar resepti - FOTO RESEPT


Sonra içindəki yeyilməyən telləri təmizləyin (ənginarı qaynadandan sonra bunu təmizləmək daha asan olur).
Göbələk souslu ənginar resepti - FOTO RESEPT


Ənginarları içinə limon sıxılmış duzlu suya qoyun (su üstünə çıxınca). 15-20 dəqiqə, hazır olanacan bişirin (hər tərəvəzdə olduğu kimi, bıçağı batırın, asanlıqla dəlirsə, deməli, hazırdır).
Göbələk souslu ənginar resepti - FOTO RESEPT


Sous:
Şampinyonları doğrayın. Tavaya kərə yağı qoyun, azca əriyəndən sonra isə şampinyonları əlavə edin. Suyu çıxanacan bişirin (tavanın qapağını örtməklə). Duzlayıb-istiotlayın. Əzilmiş sarımsaq, qaymaq əlavə edin, azca qatılaşanacan bişirin. Əgər çox qatı sous istəyirsinizsə, 1 ç.q. un əlavə edin.

Ənginarları boşqaba düzün. İçinə göbələkli sousu doldurun.
Göbələk souslu ənginar resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, bişirin, Sonra, sonra, Ənginarları, qoyun, kəsin, sarımsaq, qaymaq, asanlıqla, batırın, Şampinyonları, dəlirsə, deməli, göbələkli, hazırdır, bıçağı, olanacan, olsun, hazır
BİZİ İZLƏYİN