• Gürcüsayağı buğlama resepti

Reseptin məlumatları Baxış sayı: 17 527

Tarix : 15-10-2014, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Gürcü mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
800 q qoyun əti
8 soğan, yaxud iki dəstə göy soğan
2 x.q. quyruq yağı
1,5 st. tkemali sousu
acı bibər (istəyə görə)
sarıkök, yaxud zəfəran
tərxun, keşniş, nanə, sarımsaq, duz - hamısı zövqə görə

Hazırlanması:
Ətin pərdələrini təmizləyib yuyun, bir nəfərə 5-6 ortaboy tikə hesabı ilə doğrayın. Qoyun quyruğu ilə qovurun, qazanını qapağını örtüb 10-12 dəqiqə bişirin. Nazik doğranmış soğan (yaxud göy soğan) əlavə edib yenə qapağını örtün. Tam hazır olanadək bişirin. Sonra azca bulyon, sürtgəcdən keçirilmiş sarımsaq, xırda doğranmış nanə, keşniş, tərxun, sarıkök, duz, istiot, tkemali sousu (yaxud göy tkemali meyvələri) əlavə edib bir buğum qaynadıb götürün.

Nuş olsun!
Etiketlər: yaxud, soğan, tkemali, qapağını, tərxun, keşniş, doğranmış, bişirin, sarıkök, əlavə, sarımsaq, sousu, götürün, qaynadıb, örtün, Nazik, olsun, örtüb, dəqiqə, hazır
BİZİ İZLƏYİN