• Hasanpaşa köftəsi resepti

Reseptin məlumatları Baxış sayı: 14 422

Tarix : 20-10-2014, 23:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q qiymə
1 yumurta
1 soğan
suxarı
1 x.q. tomat pastası
duz
istiot
göyərti (göyərti qurusu)

Püre üçün:
3 kartof
1 st. süd
holland pendiri
duz

Sous üçün:
kərə yağı
tomat pastası
su

Hazırlanması:
Qiymənin içinə sürtgəcdən keçirilmiş soğan, 1 yumurta, suxarı (yaxud quru çörəyi xırdalayaraq), duz, göyərti əlavə edib qarışdırın. Ərik boyda küftələr hazırlayın, ortasını barmağınızla basıb çökək yaradın. Sinini yağlayıb küftələri siniyə düzün. 200 dərəcə qızdırılmış sobada bişirin.

Kartofları suda bişirin, sürtgəcdən keçirin, 1 st. süd və sürtgəcdən keçirilmiş holland pendiri, duz əlavə edib qarışdırın.
Küftələri sobadan çıxarın. Püreni konditer torbasına doldurub küftələrin ortasına sıxın. Bunun üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpib yenidən sobaya qoyun, qızaran kimi çıxarın.

Sous: kərə yağında tomat pastasını qovurun, azca su əlavə edib qaynadın.
Hasanpaşa köftelərini boşqaba düzün, yanına sous tökün. Bunu beşamel sousu ilə də süfrəyə verə bilərsiniz, çox dadlı olur.

Nuş olsun!
Etiketlər: sürtgəcdən, holland, pendiri, göyərti, keçirilmiş, əlavə, tomat, düzün, çıxarın, qarışdırın, bişirin, pastası, yumurta, suxarı, soğan, Püreni, üzərinə, yenidən, sobaya, konditer
BİZİ İZLƏYİN