• Frittata resepti

Reseptin məlumatları Baxış sayı: 13 717

Tarix : 21-10-2014, 18:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
7 yumurta
2 baş soğan
300 q dondurulmuş göy noxud
200 q vetçina (yaxud yağsız kolbasa)
200 ml 20% yağlılıqlı qaymaq
1 əridilmiş pendir
1 x.q. kərə yağı
2 ç.q. bitki yağı
duz
qara istiot

Hazırlanması:
Əridilmiş pendiri sürtgəcin xırda gözündən keçirin. Soğanı yarımhalqa doğrayın. Vetçinanı, yaxud kolbasanı jülyen (uzun-uzun) doğrayın. Göy noxudu yuyub süzün.
Yumurtaları qaymaqla və sürtgəcdən keçirilmiş pendirlə çalın. Duzlayıb, istiotlayın.

Tavada kərə yağı və bitki yağını qızdırın. Soğanı şəffaf olana qədər qovurun. Yumurta qarışığını əlavə edib, 3-5 dəqiqə bişirin. Göy noxud və vetçinanı (kolbasanı) da əlavə edib, vam odda 10 dəqiqə bişirin.

Kənarları azca özünü tutan kimi 180 dərəcə qızdırılmış sobada «qril» rejimində 5 dəqiqə, qızılı rəng alan qədər bişirin.

Nuş olsun!
Etiketlər: bişirin, dəqiqə, qədər, Soğanı, doğrayın, kolbasanı, bitki, əlavə, yaxud, noxud, «qril», rejimində, şəffaf, qızdırın, olana, yağını, pendirlə, çalın, Duzlayıb, istiotlayın
BİZİ İZLƏYİN