• Turnedo resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 578

Tarix : 15-03-2016, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
600 q can əti
280 q pomidor
200 q toyuq ciyəri
80 q ağ pendir
120 q suxarı
80 ml ağ şərab
120 q tomat sousu
4 ç.q. kərə yağı
bişmiş kartof
duz
qara çörək

Hazırlanması:
Qaraciyəri kərə yağında qızardın. Pendirlə qarışdırıb əzin. Pomidorların «qapağını» kəsin. İçini çıxarıb qaraciyər qarışığı ilə doldurun. Üzərinə suxarı səpin, bitki yağı töküb sobada bişirin.
Əti 2 sm (və ya daha qalın) tikələrə doğrayın. Əgər formasını itirməsini istəmirsinizsə, şəkildə gördüyünüz qaydada kulinar ipi ilə bağlayın. Hərtərəfli qızardın. İpləri kəsib turnedonun üzərindən çıxarın.
Suda bişmiş kartofu dilimlərə doğrayıb qızardın. Əti qızartdığınız tavada qara çörək dilimlərini qızardın.
Boşqaba turnedo, kartof və çörək dilimlərini yerləşdirin.
Tavada qalan yağın üzərinə ağ şərab, tomat sousu əlavə edib qaynadın. Ətin üzərinə gəzdirin. İçi doldurulmuş pomidorları turnedonun yanına qoyun, göyərti ilə bəzəyin.
Turnedo resepti - FOTO RESEPT

Turnedo resepti - FOTO RESEPT

Turnedo resepti - FOTO RESEPT

Turnedo resepti - FOTO RESEPT

Turnedo resepti - FOTO RESEPT

Turnedo resepti - FOTO RESEPT

Turnedo resepti - FOTO RESEPT

Turnedo resepti - FOTO RESEPT

Turnedo resepti - FOTO RESEPT

Turnedo resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qızardın, çörək, kartof, bişmiş, sousu, dilimlərini, turnedonun, üzərinə, suxarı, tomat, şərab, dilimlərə, kartofu, doğrayıb, qızartdığınız, tavada, çıxarın, olsun, bağlayın, kulinar
BİZİ İZLƏYİN