• Lahmacun resepti

Reseptin məlumatları Baxış sayı: 27 773

Tarix : 23-10-2014, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

2 st. un
0,5 ç.q. şəkər tozu
1 ç.q. duz
1 st. qatıq
1 ç.q. maya
1/4 st. ilıq su

İç üçün:
150 q qiymə
2 pomidor
1 soğan
1 diş sarımsaq
1 x.q. marqarin
qara, qırmızı istiot, cirə (istəyə görə)

Hazırlanması:
Xəmir üçün olan ərzaqları qarışdıraraq yoğurun, 40 dəqiqə isti yerdə saxlayın.
Soğan, pomidor və sarımsağı blenderdə xırdalayın (yaxud bıçaqla). Qiymə və ədviyyatla qarışdırın.

Xəmiri kündələrə bölüb nazik yayın. Siniyə perqament döşəyin, yaxud yağlayın, aralarında boşluq qalacaq şəkildə yuxaları düzün. Qiymə qarışığını üzərinə çəkin.
200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: dəqiqə, yaxud, pomidor, Qiymə, Xəmir, döşəyin, yağlayın, aralarında, boşluq, perqament, Siniyə, bölüb, nazik, yayın, qalacaq, kündələrə, şəkildə, qızdırılmış, sobada, bişirin
BİZİ İZLƏYİN