• Arzuman küftəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 29 995

Tarix : 28-10-2014, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
800 q qoyun əti
200 q mal əti
850-900 q-lıq toyuq
1 əd. soğan
duz
istiot
nanə
sarıkök
urub (zoğaldan hazırlanan duru turşu)
2 yumurta

Hazırlanması:
Mal və qoyun ətini ət maşınından keşirin. Qiyməyə 1 yumurta , soğan, duz, istiot, sarıkök vurub əlinizlə yaxşı-yaxşı qarışdırın. Əti tam yumşaq hala salana kimi əzin.
Arzuman küftəsi resepti - FOTO RESEPT

Arzuman küftəsi resepti - FOTO RESEPT


Daha sonra toyuğu yuyub suyu süzüləndən sonra dərisini tam soyun və hər tərəfinə urub çəkin. Daha sonra içərisinə yumurtanı qoyub ayaqlarını bir-birinə iplə bağlayın.
Arzuman küftəsi resepti - FOTO RESEPT

Arzuman küftəsi resepti - FOTO RESEPT


Toyuq hazırdır. İki metr uzunluqda cunanı üç yerə qatlayın və əti tam ortasından qoyub yayın. Sonra toyuğu üzərinə qoyub şəkildə göstərilən formada bükün, cunanı möhkəm bağlayın.
Arzuman küftəsi resepti - FOTO RESEPT

Arzuman küftəsi resepti - FOTO RESEPT

Arzuman küftəsi resepti - FOTO RESEPT

Arzuman küftəsi resepti - FOTO RESEPT

Arzuman küftəsi resepti - FOTO RESEPT


Bir qazana su töküb tam qaynadın. Qaynadıqdan sonra içərisinə kartof, azca duz, istiot və küftəni əlavə edib vam atəşdə 2 saat bişirin. Bir az qaynadıqdan sonra uzun çöplə yoxlayın ki, içinin tam bişdiyinə əmin olasınız.
Arzuman küftəsi resepti - FOTO RESEPT

Arzuman küftəsi resepti - FOTO RESEPT


Arzuman küftəsini süfrəyə isti servis etmək lazımdır, soyuduqda dadı qaçır.
Arzuman küftəsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sonra, qoyub, istiot, yumurta, içərisinə, yaxşı, bağlayın, cunanı, toyuğu, qoyun, soğan, sarıkök, Qaynadıqdan, əlavə, küftəni, kartof, qazana, formada, göstərilən, şəkildə
BİZİ İZLƏYİN