• Soğanlı İsgəndər kababı resepti

Reseptin məlumatları Baxış sayı: 18 807

Tarix : 6-11-2014, 11:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q mal əti (bifşteks üçün)
2 ədəd balaca pide
2 x.q. bibər pastası
1 baş soğan (sürtgəcdən keçirilib suyu sıxılmış)
pomidor
acı istiot

Hazırlanması:
Əti buz dolabında təxminən yarım saat saxlayın. Çox nazik doğrayın (dönər əti qalınlıqda). Soğan suyunda 2-3 saat saxlayın. Sonra tefal tavada bitki yağında qarışdıraraq qızardın.
Pidelərin üzərinə azca kərə yağı çəkib sobada azca qızaranadək qızdırın.
Bibər pastasını azca bitki yağı ilə qarışdırın. Azca qaynar su tökün, çox sulu olmayacaq dərəcədə azca qaynadın. İstəsəniz, ədviyyat, göyərti qurusu vura bilərsiniz.
Qızdırılmış pideləri boşqaba qoyun. Üzərinə azacıq pastalı sousdan gəzdirin. Üzərinə ət düzüb yenə sous əlavə edin. Pomidor və acı istiotla, bibərlə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: Üzərinə, saxlayın, bilərsiniz, bitki, ədviyyat, Bibər, göyərti, qızdırın, qurusu, İstəsəniz, qaynadın, tökün, qaynar, olmayacaq, pastasını, dərəcədə, qarışdırın, pideləri, Pomidor, əlavə
BİZİ İZLƏYİN