• Ratatuy resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 28 311

Tarix : 12-11-2014, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Sous üçün:

350 q bolqar bibəri
350 q pomidor
200 q soğan
kəklikotu (istəyə görə)
duz
bitki yağı

Tərəvəz:
500 q qabaq
500 q badımcan
500 q pomidor

Əlavə:
5 x.q. bitki yağı
2-3 diş sarımsaq
göyərti
duz
istiot
Ratatuy resepti - FOTO RESEPT


Hazırlanması:
Sous üçün:
bibəri siniyə qoyub sobada bişirin. 180 dərəcədə üst qabığı qaralanadək, təxminən 30 dəqiqə saxlayın. Qaynar bibəri polietilen paketə qoyub soyumasını gözləyin. Sonra qabığını və tumlarını təmizləyin, kubik doğrayın. Soğan və sarımsağı xırdalayın. Pomidorun qabığını təmizləyib kubik doğrayın. Bitki yağında soğanı qızardın. Bibəri əlavə edib 2-3 dəqiqə qovurun. Pomidor, duz vurub qatılaşana qədər, təxminən 5-7 dəqiqə bişirin. Bu sousu blenderdə əzin. Kəklikotu yarpaqları töküb qarışdırın. Sousu formaya bərabər qaydada tökün.

Qabaqları, badımcanları və pomidorları çox nazik halqalara doğrayın. Əgər badımcan acıdırsa, duzlayıb 30 dəqiqə sayxlayın, sonra soyuq suda yuyub sıxın. Sonra tavaya bunları növbəli qaydada - badımcan, pomidor, qabaq - düzün.
Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT


Əlavəni hazırlamaq üçün: göyərtini xırda doğrayın, yağ, sarımsaq, duz, istiot vurub qarışdırın. Bunu tavadakı tərəvəzin üzərinə gəzdirin. Tavanı folqa ilə bükün.
180 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Əgər bu müddətdən sonra dadına baxıb görsəniz ki, istədiyiniz yumşaqlıqda bişməyib, yenidən bir qədər bişirə bilərsiniz.
Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT

Ratatuy resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, doğrayın, badımcan, bişirin, pomidor, bibəri, təxminən, sobada, qoyub, sonra, kubik, qabığını, Sonra, qaydada, qədər, vurub, qabaq, sarımsaq, qarışdırın, bitki
BİZİ İZLƏYİN