• İçi doldurulmuş ananas resepti

Reseptin məlumatları Baxış sayı: 13 656

Tarix : 19-02-2016, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Tərkibi:
3 kiçik, yaxud bir iri ananas
200 q toyuq filesi
50 q pendir
1 ç.q. karri (istəyə görə)
duz
istiot
bitki yağı

Hazırlanması:
Ananasları uzununa ikiyə bölün. İçinin bərk yerini kəsib atın. Lətini oyub çıxarın, xırda doğrayın.
Toyuq filesini xırda doğrayın, bitki yağında hazır olunca qızardın (təxminən 15 dəqiqə). Karri əlavə edib qarışdırın. Ananasın lətini əlavə edin, duzlayıb-istiotlayın, 2-3 dəqiqə qovurub ocaqdan götürün.
Pendiri sürtgəcin xırda gözündən keçirin.
Ananasların içini doldurun, üzərinə pendir səpin. Siniyə düzüb 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək (təxminən 10-15 dəqiqə) bişirin.

Nuş olsun!
Etiketlər: xırda, dəqiqə, bitki, əlavə, doğrayın, pendir, təxminən, sürtgəcin, Pendiri, gözündən, keçirin, Ananasların, götürün, ocaqdan, lətini, Ananasın, duzlayıb, istiotlayın, qovurub, içini
BİZİ İZLƏYİN