• Amerika piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 13 957

Tarix : 2-01-2016, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q mal əti
500 q qoyun əti
2 yumurta
1 baş soğan
2 diş sarımsaq
1/2 st. su
çörək qırıntıları

Sous üçün:
1/2 ketçup
2 x.q. qəhvəyi şəkər
1 ç.q. alma sirkəsi

Hazırlanması:
Bir qabda mal və qoyun əti qiymələrini, 2 yumurta, çörək qırıntıları, xırda doğranmış soğan və sarımsağı qarışdırın. Duz, istiot vurun. Bunu dopuya (saxsı küpəyə) yığın.
Ayrıca 1/2 st. ketçup, 2 x.q. qəhvəyi şəkər tozunu və 1 ç.q. alma sirkəsini qarışdırın. Bunu da küpəyə əlavə edəndən sonra (qarışdırmadan) 1-1,5 saat müddətində, 200 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun!
Etiketlər: qırıntıları, qəhvəyi, şəkər, qarışdırın, çörək, ketçup, küpəyə, yumurta, soğan, qoyun, edəndən, əlavə, tozunu, sonra, sirkəsini, sobada, bişirin, olsun, Ayrıca, qızdırılmış
BİZİ İZLƏYİN