• Azu resepti

Reseptin məlumatları Baxış sayı: 16 923

Tarix : 19-11-2014, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq mal əti
90 q yağ
110 q tomat pastası
250 q baş soğan
36 q un
300 q duzlu xiyar
800 q kartof
qara dənəvər istiot
dəfnə yarpağı
göyərti
300 q pomidor
3-4 diş sarımsaq

Hazırlanması:
Əti təmizləyib uzunsov tikələrə doğrayın. Tomat pastasını azca yağda qızardın. Ət tikələrini duzlayıb istiotlayın, yağda qızardın, üzərinə bulyon və ya su, qızartdığınız tomat pastası töküb hazır olana qədər ağzıbağlı tavada vam odda bişirin. Unu quru tavaya töküb vam ocağın üstünə qoyun. Azca quruyandan sonra soyudun. Üzərinə bulyon töküb qarışdırın. Duzlu xiyarın qabığını soyub saman kimi doğrayın.
Yarımhalqa doğranmış soğanı yağda qızardın. Kartofu uzunasına doğrayıb qızardın.
Ətə xiyarı, qızarldılmış soğanı, unlu bulyonu əlavə edib 10 dəqiqə də bişirin. Sonra qızardılmış kartofu, qara dənəvər istiot, dəfnə yarpağı da əlavə edərək daha 15 dəqiqə vam odda bişirin. Dilimlənmiş pomidor və əzilmiş sarımsaq əlavə edib 5 dəqiqə də bişirdikdən sonra ocaqdan götürün.
Süfrəyə verəndə üzərinə doğranmış göyərti səpin.

Nuş olsun!
Etiketlər: qızardın, bişirin, yağda, dəqiqə, töküb, əlavə, soğanı, doğrayın, üzərinə, bulyon, sarımsaq, tomat, doğranmış, pomidor, dənəvər, sonra, pastası, dəfnə, istiot, yarpağı
BİZİ İZLƏYİN