Tərkibi:600 q kartof
2 yumurta
50 q kərə yağı
0,5 st. un
bitki yağı
su
muskat cevizi
Hazırlanması:Kartofu təmiz yuyub sobada hazır olanadək bişirin. Sobadan çıxarıb soyudun. Qabığını soyub ət maşınından keçirin.
Yarım stəkan suyu qazançaya töküb kərə yağı, bir çimdik üyüdülmüş muskat cevizi və yarım çay qaşığı duz əlavə edin. Qaynara düşəndə qarışdıra-qarışdıra unu səpin və ocağı azaldın. Xəmir qazanın divarlarından aralananadək qarışdıraraq bişirin. Yumurtaları xəmirin içinə çalın, bu arada qarışdırmağı da unutmayın. Kartofu da əlavə edib eynicinsli qarışıq alınana qədər qarışdırın.
Dərin tavaya yağ töküb qızdırın. Qarışıqdan balaca kürələr düzəldib yağda qızardın.
Nuş olsun!
Etiketlər: Kartofu, bişirin, töküb, cevizi, əlavə, muskat, qarışdıra, içinə, Xəmir, arada, qarışdırmağı, qazanın, çalın, Yumurtaları, divarlarından, aralananadək, unutmayın, qarışdıraraq, xəmirin, alınana