• Ananaslı can əti resepti

Reseptin məlumatları Baxış sayı: 15 798

Tarix : 21-11-2014, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
180 q can əti
1 gdgd orta ananas
bitki yağı
soya sousu
1 diş sarımsaq
kahı
limon şirəsi

Hazırlanması:
Canı ətini lifinə perpenlikulyar olaraq 1 sm enində doğrayın. 2 x.q. bitki yağı və 2 x.q. soya sousunu çalın, əzilmiş sarımsaq əlavə edib qarışdırın. Əti bu qarışığa tökərək 1 saat soyuducuda saxlayın.

Ananasın qabığını təmizləyib tərəfi 1 sm olan kubik şəklində doğrayın. Hər ananas kubikinə ət sarıyıb diş çöpüylə bərkidin. 270 dərəcə qızdırılmış sobada 2 dəqiqə bişirin. Sonra o biri tərəfinə çevirib yenə 2 dəqiqə bişirin.

Boşqabın ortasına üzərinə limon şirəsi sıxılmış doğranmış kahı, ətrafına isə ətləri düzün.

Nuş olsun!
Etiketlər: şirəsi, bişirin, dəqiqə, limon, doğrayın, bitki, sarımsaq, ananas, sobada, Sonra, qızdırılmış, dərəcə, kubikinə, sarıyıb, çöpüylə, bərkidin, tərəfinə, çevirib, ətrafına, ətləri
BİZİ İZLƏYİN