• Çoban qovurması resepti

Reseptin məlumatları Baxış sayı: 21 910

Tarix : 23-11-2014, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram doğranmış quzu və ya dana əti
1/2 xörək qaşığı zeytun yağı
2 pomidor
3 bolqar bibəri
Duz
Qırmızı bibər
1 diş sarımsaq
4 lavaş
Sirkə
Kəklikotu

Hazırlanması:
Pomidorların hər birini dörd, bibərləri iki yerə doğrayıb təmizləyin, sonra dilimləyin. Sarımsağı soyub incə şəkildə doğrayın.
Əti zeytun yağı, sirkə, bibərlə qarışdırın, qazana qoyub 30 dəqiqə soyuducuda saxlayın.
Sobanın tavasına yağ sürtün, 2 dəqiqə sonra ətləri düzün və 10 dəqiqə bişirin. Sonra pomidor, bibər, kəklikotu və sarımsağı əlavə edərək bişirməyə davam edin, 7 dəqiqə gözləyin.
Ətə duz vurandan sonra daha 3 dəqiqə bişirin.
Çoban qovurmasını lavaşın içinə qoyub süfrəyə verin.

Nuş olsun!
Etiketlər: dəqiqə, sonra, bişirin, bibər, pomidor, zeytun, qoyub, kəklikotu, Sonra, düzün, sürtün, saxlayın, soyuducuda, Sobanın, tavasına, sarımsağı, ətləri, bişirməyə, içinə, lavaşın
BİZİ İZLƏYİN