• Toskana üsulu ət resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 507

Tarix : 17-12-2014, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 kq mal (dana) əti
2-3 baş soğan
2 yerkökü
qatıq (tələb olunan qədər)
cəfəri
bitki yağı (qovurmaq üçün)
duz
Toskana üsulu ət resepti - FOTO RESEPT


Hazırlanması:
Yerkökünü sürtgəcin iri gözündən keçirin.

Soğanı yarımhalqa doğrayın.

Yerkökü və soğanı vam odda qovurun.

Ətin damarlarını təmizləyin.

Təxminən kibrit qutusu boyda tikələrə doğrayın.

Tavadakılara əlavə edin, ocağı artırın.

Qarışdırın.

Ət yarımbişmiş hala gələndə küpəyə (yaxud qazana) doldurun.

Qatıq tökün.

Qatıq ətin üzərini tam örtməlidir. 180-200 dərəcə qızdırılmış sobada 1 saat bişirin (bir qədər artıq da vaxt tələb oluna bilər).

Çıxarıb üzərinə doğranmış cəfəri səpin. Sobada daha 5 dəqiqə bişirin.

Bişmiş cəfəri dadını sevməyənlər onu xörəyi süfrəyə verəndə də əlavə edə bilərlər.
Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT

Toskana üsulu ət resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: cəfəri, əlavə, bişirin, qədər, Qatıq, tələb, doğrayın, qızdırılmış, sobada, oluna, dərəcə, artıq, tökün, qazana, yaxud, doldurun, bilər, üzərini, örtməlidir, üzərinə
BİZİ İZLƏYİN