Tərkibi:Boyat çörək tikələri
1 stəkan qatıq
200 qram pendir
3 yumurta
1/2 dəstə cəfəri
1/2 dəstə təzə nanə
1/2 dəstə şüyüd
2-3 yaşıl soğan
1 baş quru soğan
3-4 diş sarımsaq
Duz
Qara bibər
Pul bibər
Çörəkotu
1 stəkan incə bulqur
1-2 pomidor
Üstü üçün:1 kasa sarımsaqlı qatıq
Sous üçün:2 xörək qaşığı tomat
1/2 xörək qaşığı tomat
50 qram zeytun yağı
Qara bibər
Çörəkotu
Hazırlanması:Əvvəlcə sousu hazırlayın. Sous üçün nəzərdə tutulmuş inqradientləri qarşıdırıb bir hovur qaynadın.
Daha sonra quru çörəkləri qatıq, yumurta və pendir ilə birlikdə isladıb yaxşıca yumşaldın. Digər inqradientləri içinə əlavə edərək yoğurandan sonra küftələr hazırlayın, tavadakı qaynar yağda qızardın.
Süfrəyə verəndə üzərinə qatıq və sous əlavə edin.
Nuş olsun!
Etiketlər: qatıq, dəstə, bibər, xörək, Çörəkotu, qaşığı, soğan, sonra, inqradientləri, tomat, əlavə, hazırlayın, pendir, yumurta, stəkan, Boyat, edərək, içinə, Digər, birlikdə