• Badımcan dolması resepti

Reseptin məlumatları Baxış sayı: 17 054

Tarix : 18-12-2014, 21:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq dolmalıq badımcan
250 qram yağlı qoyun əti
1 stəkan dolmalıq düyü
1 baş soğan
2 xörək qaşığı bibər sousu
2 xörək qaşığı marqarin
1/2 dəstə doğranmış cəfəri
1/2 dəstə doğranmış təzə nanə
1 xörək qaşığı quru nanə
1 çay qaşığı qara bibər
Duz

Üstü üçün:
1 xörək qaşığı quru nanə
5-6 diş sarımsaq
1 xörək qaşığı bibər sousu
1 limonun suyu
1 çay qaşığı limon duzu
1 stəkan su

Hazırlanması:
Badımcanların içini ovun, duzlu suda bir qədər saxlayın. İç üçün nəzərdə tutulmuş inqradientləri yaxşıca qarışdırın, dolmaların içinə doldurun. Qazana bir qədər su tökün, vam odda badımcan və düyülər bişənə qədər gözləyin.
Daha sonra dolmaların üstü üçün nəzərdə tutulmuş inqradientləri əlavə edin, 10 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: qaşığı, xörək, qədər, bibər, dəstə, dolmaların, inqradientləri, tutulmuş, nəzərdə, sousu, doğranmış, stəkan, badımcan, dolmalıq, içinə, doldurun, olsun, Qazana, bişirin, tökün
BİZİ İZLƏYİN