• Sarımsaqlı küftə resepti

Reseptin məlumatları Baxış sayı: 15 160

Tarix : 19-12-2014, 11:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram incə bulqur
2 yumurta
1 stəkan manna yarması
2 stəkan un
2 xörək qaşığı bibər və ya tomat pastası
Duz
Reyhan
Qara bibər
Pul bibər
1 çimdik limon duzu

Sous üçün:
7-8 diş döyülmüş sarımsaq
2 xörək qaşığı bibər və ya tomat sousu
1 ədəd doğranmış pomidor
2 stəkan zeytun yağı
Pul bibər
3-4 çimdik limon duzu
1/2 dəstə doğranmış cəfəri
1 limonun suyu (üstünə töküləcək)

Hazırlanması:
Küftə üçün nəzərdə tutulmuş bütün inqradientlərin hamısını qarışdırın. Su əlavə edin, qarışıq saqqız kimi olana qədər davam edin, yoğurun: qarışıq ələ alınanda yuvarlaq formaya düşməlidir.
Daha sonra həmin qarşıqdan hissələr qoparın, fındıq boyda yuvarlayın, ortasına barmağınızla basıb çuxur açın, sonra ağzını "bağlayın". Küftələri qazana düzün, ovcunuzla su götürərək küftələrin üstünə səpin ki, onlar qurumasın.

Böyük qazanda su qaynadın, içinə duz və bir qədər limon suyu əlavə edin, qaynayan suyun içinə küftələri atın, yaxşıca bişməsi üçün sürəkli qarışdırın.
Küftələr suyun üstünə çıxmağa başladısa, deməli, bişib. Küftələri süzgəclə süzün.

Başqa bir qazanda sous üçün inqradientləri yaxşıca qovurun, içinə küftələri əlavə edin, azacıq su əlavə edərək çevirməyə davam edin. Küftələrin hamısının içinə sousun hopduğuna əmin olandan sonra odu söndürün. Küftələrin üzərinə cəfəri əlavə edin, limon suyu sıxın.
Sarımsaqlı küftə resepti

Sarımsaqlı küftə resepti


Nuş olsun!
Etiketlər: əlavə, bibər, limon, içinə, sonra, stəkan, üstünə, suyun, küftələri, cəfəri, Küftələri, qarışdırın, qədər, davam, yaxşıca, qazanda, qarışıq, doğranmış, tomat, Küftələrin
BİZİ İZLƏYİN