• Qarabaşaqlı bibər dolması resepti

Reseptin məlumatları Baxış sayı: 29 358

Tarix : 2-06-2014, 20:19

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2


Tərkibi:
4 bibər
1 yerkökü
0,5 st. qarabaşaq
150 q adıgey pendiri
0,5 ç.q. qara istiot
0,5 ç.q. sarıkök
0,5 ç.q. zirə
1 ç.q. duz
3 x.q. ərinmiş yağ
0,5 st. xama
1 x.q. xardal
cəfəri
şüyüd

Hazırlanması:
Qarabaşağı yuyun. Yerkökünü təmizləyib sürtgəcin iri gözündən keçirin. Pendiri əlinizlə xırdalayın.

Tavada 2 x.q. yağı qızdırın, zirə tökün. Onun dənələrinin şişib azca qaralmasını gözləyin.
İstiot və sarıkök əlavə edin. 5 saniyə sonra sürtgəcdən keçirilmiş yerkökü əlavə edin, qarışdırın.

6 dəqiqə sonra pendiri əlavə edin. Bir neçə dəqiqədən sonra qarabaşağı əlavə edin. Duz vurub qarışdırın, sonra 1:2-yə nisbətdə su əlavə edin. Tavanın qapağını örtüb vam odda bişirin.

Bibərləri yuyun, papaqlarını kəsin, toxumunu təmizləyin. Bibərlərin üzərinə qaynar su tökün (bu, onları yumşaldır və acısı varsa, aparır).

Bişən qarabaşağa yağın qalanını əlavə edin. Bibərlərin içinə doldurun. İçi yağlanmış siniyə düzüb sobada 10 dəqiqə bişirin.

Blenderdə xama, xardal və göyərtini qarışdırın.

Bibərləri sobadan çıxarıb sousu üzərinə gəzdirin. Sonra sobada daha 5-7 dəqiqə bişirin.

Nuş olsun!

Etiketlər: əlavə, sonra, dəqiqə, qarışdırın, bişirin, yuyun, Bibərlərin, üzərinə, tökün, yerkökü, sobada, Bibərləri, pendiri, sarıkök, xardal, varsa, onları, yumşaldır, kəsin
BİZİ İZLƏYİN