• Kolbasalı kapuska resepti

Reseptin məlumatları Baxış sayı: 16 805

Tarix : 19-12-2014, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kiçik kələm
1 baş quru soğan
2 xörək qaşığı kərə yağı
200 qram doğranmış kolbasa
1 xörək qaşığı tomat
1/2 xörək qaşığı acı bibər rıçalı
4-5 diş doğranmış sarımsaq
2 ədəd doğranmış yaşıl bibər
1 ədəd doğranmış qırmızı bibər
1 ədəd doğranmış yerkökü
1 ədəd doğranmış pomidor
1 stəkan yuyulmuş düyü
Duz
Qara bibər
Nanə
Pul bibər

Hazırlanması:
Kələm yarpaqlarını yüyüb incə şəkildə doğrayın, soğanları doğrayın, onları bol yağ içində qovurun. Daha sonra tomatı əlavə edib qazanın ağzını bağlayın, kələm bişəndə üstünə düyü istisna olmaqla bütün inqradientləri tökün, ədvaları əlavə edin, üstünü örtəcək qədər su tökün.
Su qaynamağa başlayanda düyünü əlavə edin, bişməyə yaxın başqa tavada qızadılmış kolbasaları əlavə edin.
Süfrəyə verəndə acı bibər turşusunu unutmayın.
Kolbasalı kapuska resepti


Nuş olsun!
Etiketlər: doğranmış, bibər, əlavə, xörək, qaşığı, kələm, tökün, doğrayın, ədvaları, örtəcək, qədər, üstünü, olmaqla, bişəndə, üstünə, istisna, qaynamağa, bütün, inqradientləri, bişməyə
BİZİ İZLƏYİN