• İçi doldurulmuş qabaq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 120

Tarix : 20-12-2014, 19:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2-3 ədəd qabaq
300 qr çəkilmiş mal əti
1 kök
1 soğan
70-100 qr düyü (yarımbişmiş)
tomat sousu
azacıq bitki yağı
duz
ədviyyat

Hazırlanması:
Soğanla kökü bitki yağında azca qızardın. Bunun yarısının üzərinə çəkilmiş ət, düyü, duz və ədviyyat tökərək qarışdırın – iç hazırdır. Qabaqlardan stəkan düzəldin: 2-3 yerə bölüb içini qaşıqla oyun. Sonra “stəkan”ları hazır içlə doldurub münasib bir qaba yığın. Yerdə qalan soğanla kök qovurmasını qabaqların üzərinə tökün. 5-6 qaşıq tomat pastası, 200-300 ml su, duz, istiot əlavə edib ocağa qoyun. Qaynara düşən kimi, atəşi azaldıb təxminən 40 dəqiqə vam odda bişirməyə davam edin.
İçi doldurulmuş qabaq resepti - FOTO RESEPT

İçi doldurulmuş qabaq resepti - FOTO RESEPT

İçi doldurulmuş qabaq resepti - FOTO RESEPT

İçi doldurulmuş qabaq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: ədviyyat, üzərinə, tomat, bitki, çəkilmiş, tökün, qaşıq, pastası, münasib, istiot, qabaqların, qovurmasını, yığın, qalan, soğanla, əlavə, Yerdə, qoyun, dəqiqə, bişirməyə
BİZİ İZLƏYİN