• Kartof gülləri resepti

Reseptin məlumatları Baxış sayı: 19 132

Tarix : 20-12-2014, 20:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 kartof
kərə yağı
duz
qara və qırmızı istiot
1 yumurta
kamamber pendiri (başqa yumşaq, krem kimi pendir də olar, məsələn krem-çiz və ya bri)

Hazırlanması:
Kartofu qaynadıb püre hazırlayın. Duz, qara və qırmızı istiot, kərə yağı, pendir və çalınmış yumurta əlavə edib qarışdırın. Ucuna ulduz formalı başlıq taxılmış krem torbasının içinə doldurun. Sininin içinə perqament qoyun. Torbanı sıxaraq perqamentin üstünə "kartof gülləri" düzün.
Sonra sobada 180* Selsidə, təxminən 15-20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: pendir, içinə, istiot, yumurta, kartof, qırmızı, Torbanı, sıxaraq, perqamentin, Sininin, doldurun, üstünə, perqament, qoyun, sobada, dəqiqə, bişirin, olsun, təxminən, Selsidə
BİZİ İZLƏYİN