• Souslu dil balığı resepti

Reseptin məlumatları Baxış sayı: 19 976

Tarix : 3-06-2014, 06:03

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
2 ədəd file dil balığı (yəni sümükləri çıxarılıb, təmizlənmiş balıq)
2 ədəd orta ölçülü kartof
2 ədəd orta ölçülü limon
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
4 ədəd dəmir şiş ya da 8 ədəd taxta şiş

Sous üçün:
3 xörək qaşığı kərə yağı
1-2 dəstə çox incə doğranmış cəfəri
1 çay qaşığı qırmızı toz bibər
2-3 diş döyülmüş sarmısak

Hazırlanması:
Əvvəlcə file dil balığını uzunlamasına 4 uzun və bərabər hissəyə bölün. Sonra da duz və qara bibər səpin.
Pomidorları və limonları (qabığını soymadan) quşbaşı ət formasında doğrayın.
İki variantınız var, ya vəsaitlərimizi dəmir şişlərlə manqal odunda bişirəcəyik ya da taxta şişlərə taxıb tavada qızardın. Yuxarıda vəsaitləriniz hazır idi.
Bir ədəd şişə dilbalığı filesini (spiral) şəklində qıvıraraq keçirin. Üzərinə bir ədəd pomidor və bir ədəd limon dilimini keçirin. Əgər uzun dəmir şişləri istifadə edəcəksinizsə bir sıra daha eyni sıralama ilə düzmə əməliyyatını edin. Desəniz ki mən taxta şişə düzüb, tavada qızardacağam, o zaman bir balıq, bir pomidor, bir limon düzümü kafi olacaq. Manqalı yandırdınız və dəmir şişlərdəki vəsaitləri bişirməyə başlayın. Ya da taxta şişdəki vəsaitləri içi yüngül yağlanılmış tavada çevirərək qızardın. Bu vaxt kərə yağını kiçik bir tavada əridin. İçinə incə doğranmış cəfəri və duz, qara bibəri əlavə edib (əgər istəsəniz 2-3 diş sarımsağı da qata bilərsiniz) belə 2-3 dəqiqə yaxşıca qızardın.
Sonrada servis qabına düzdüyümüz tərəvəzli balıqların üzərinə gəzdirib, isti olaraq servisə təqdim edin.

Nuş olsun!
Etiketlər: taxta, tavada, dəmir, qaşığı, qızardın, limon, bibər, doğranmış, vəsaitləri, cəfəri, pomidor, keçirin, balıq, ölçülü, yandırdınız, olacaq, şişlərdəki, Manqalı, başlayın, yüngül
BİZİ İZLƏYİN