• Qazmaqlı toyuq qızartması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 873

Tarix : 17-04-2015, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Tərkibi:
4 toyuq budu (770 q)
1/4 limon
1 x.q. quru reyhan
6 diş sarımsaq
1-1,5 ç.x. iri duz
0.5 ç.q. istiot
4 x.q. zeytun yağı

xəmir (200 q):
un
su
duz
zeytun yağı

Hazırlanması:
Əvvəlcə toyuq üçün ədviyyat qarışığını hazırlayın: sarımsağı xırda doğrayıb quru reyhan, duz, istiot və yağla qarışdırın. Əgər həvəngdəstəniz varsa, onda əzin.
Toyuq ətini yuyub, təmizləyib suyunun çəkilməsini gözləyin. Sonra hazırladığınız qarışığı üzərinə çəkin.
Göstərilən ərzaqdan xəmir yoğurun (hazır xəmir də istifadə edə bilərsiniz). Xəmiri nazik yayın, yağlanmış 22 sm diametrli teflon tavaya döşəyin (çəngəllə deşmək lazım deyil, qoy toyuğun şirəsi axıb qazmağın altında yanmasın).
Toyuq ətini xəmirin üstünə qoyun, aralarına limon dilimləri düzün.
Xəmirin kənarlarını azca qatlayın. Üzərinə yağ çəkin.
180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqə bişirin. Bişən zaman əmələ gələn şirəni qaşıqla götürüb ətin üzərinə gəzdirin.
Sobanı söndürüb toyuğu bir qədər də içində "dəmə" qoyun. Əgər sobanın "qril" funksiyası varsa, sonda bir neçə dəqiqəlik yandıra bilərsiniz.

Qazmaqlı toyuq qızartması resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: xəmir, varsa, Toyuq, bilərsiniz, qoyun, ətini, zeytun, limon, toyuq, reyhan, çəkin, istiot, üzərinə, dəqiqə, sobada, qızdırılmış, dərəcə, Üzərinə, dilimləri, xəmirin
BİZİ İZLƏYİN