Ləvəngi toyuq və balıq üçün içdir. Bu içi adətən Azərbaycanın Cənub bölgələrində, xüsusiylə Lənkəranda hazırlayırlar. Çox dadlıdır.
Tərkibi:100 gr xırdalanmış qoz
2 orta qırmızı soğan
1 x.q. ərinmiş yağ
3-4 x.q. lavaşanə
Duz, istiot
Toyuq və ya balıq
Hazırlanması:Qozu xırdalamaq, amma yeyəndə bu xırdalar dişin arasında hiss olunmalıdır. Qərməzə soğanı təmizləyib, xırdalamaq və tənzifdə (marlyada) sıxmaq. Sonra tavada yağsız orta alovda soğanı “ölənə” kimi qızartmaq. Soyudmaq.
Lavaşanəni xırdalamaq (qayçi ilə olar) üstünə yumuşalmaq üçünsu isti tökün. Vaxt aşırı qarışdırın, lazımsa yenədə isti su əlavə edin. Quru lavaşanənin yerinə alça pastası da istifadə eləmək olar. Alça pastasının düzılmı metodunu siz “Ümumi texnika” bölməsində tapa bilərsiniz. Horra alınmalıdır.
Qozu, soğanı, ərinmiş yağı, duzu, istiotu və horranı bir qaba tökün və yaxşı qarışdırın. Dadın, kütlə turşməzə-duzlu və bir qədər acı olmalıdır.
Toyuqu və ya balığı yuyub yaxşı təmizləyin.Toyuq istifadə edirsizsə, artıq hissələrini – qanadın və budun uclarını kəsib atın (şəkildə görmək olar, nələri mən kəsmişəm). Azərbaycanda toyuqu “uc” hissələrlə süfrəyə heç vaxt vermirlər.
Toyuq istifadə edirsizsə, içdən bir qədər kənara qoyun. Qalan içlə toyuqun içini doldurun, qarnını sapla tikin. Qanadının altını, budları deşin. Qalan içlə toyuqun bayır hissəsinə sürtün və deşiklərə qoyun. Bir saat ərzində 180 gradus duxovkada bişirin.
Nuş olsun!
Etiketlər: Toyuq, istifadə, xırdalamaq, soğanı, tökün, ərinmiş, edirsizsə, qoyun, Qalan, toyuqun, qədər, qarışdırın, balıq, yaxşı, alınmalıdır, hissələrini, artıq, qanadın, budun, görmək