• Basma resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 304

Tarix : 26-06-2015, 18:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq ət
1 kq baş soğan
700 q kartof
350 q yerkökü
700 q kələm
1-2 baş sarımsaq

əlavə:
3-4 pomidor
1-2 badımcan
1 çuğundur
2-3 bolqar bibəri
1-2 acı istiot
2-3 xiyar
duz
zirə
göyərti: cəfəri, şüyüd, keşniş, reyhan

Hazırlanması:
Əti 3x3 sm ölçüdə doğrayıb qazanın (yaxud sacın) dibinə yığın. Əgər ətin üstündə quyruq varsa, quyruq hissəsini qazanın dibinə, divarına tərəf qoyun. Yaxud dibə quyruq döşəyib, üzərinə ət yığmaq olar.
Əti duzlayıb bol zirə səpin.
Baş soğanın hamısını halqa, yaxud yarımhalqa doğrayın. Ətin üstündən düzün.
Pomidorları iri fal-fal doğrayın. Əvvəlcədən qabığını soya bilərsiniz. Yenə düzlayın.
İri doğranmış yerkökünü üzərinə düzün, kartofları ya bütöv, ya da iki bölüb düzün.
Duz səpin.
Qalan tərəvəzi də doğrayıb üstünə düzün. Sarımsaqları isə bütöv qoyun. Göyərtini doğramaq lazım deyil. Bütöv düzün (bişəndən sonra atılacaq). Duz və zirə səpin.
Ən son kələm düzüləcək. Kələmi yarpaqlarına ayırıb iri doğrayın (əl boyda). Azca duz və zirə ilə ovun. Sonra ətin üstünə düzün.
Qazanın ağzını kip bağlayın. İçindəki buxar çıxmamalıdır. Əgər sacda edirsinizsə, emall; ləyən də karınıza gələr.
Qazanı (sacı) orta itilikli ocağın üzərinə qoyun. İçindəki qaynayan kimi (qapağını açmayın, səsindən biləcəksiniz), ocağı azaldın. 1 saat sonra basma hazırdır. Ocaqdan götürün. Amma yenə də qazanın ağzını açmayın, 15 dəqiqə dəm alsın.
Üstdəki kələm yarpaqlarını atmaq da olar, boşqabların içinə düzüb üzərinə xörəyi çəkmək də.

Basma resepti - FOTO RESEPT

Basma resepti - FOTO RESEPT

Basma resepti - FOTO RESEPT

Basma resepti - FOTO RESEPT

Basma resepti - FOTO RESEPT

Basma resepti - FOTO RESEPT

Basma resepti - FOTO RESEPT

Basma resepti - FOTO RESEPT

Basma resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: düzün, üzərinə, qoyun, quyruq, qazanın, səpin, doğrayın, kələm, dibinə, yaxud, İçindəki, ağzını, doğrayıb, üstünə, sonra, bütöv, sacda, çıxmamalıdır, buxar
BİZİ İZLƏYİN