• Yerkökü və soğanlı kartof dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15 657

Tarix : 12-03-2016, 10:00

Bölmə : Quru yeməklər / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 iri kartof
1 iri baş soğan
1 ortaboy yerkökü
3 diş sarımsaq
2 x.q. ketçup və ya tomat pastası
15-20 q kərə yağı
0,5 ç.q. şəkər tozu
100 q pendir
3-4 x.q. bitki yağı
duz, istiot

Hazırlanması:
Kartofun qabığını soyub yuyun.
Duzlu suda 20-15 dəqiqə bişirin.
Bu müddətdə soğan və sarımsağı təmizləyin, soğanı xırda doğrayın, sarımsaqları isə diri saxlayın. Tavada bitki yağını qızdırıb soğanla sarımsağı əlavə edin. 2 dəqiqə qovurun.
Yerkökünü təmizləyib sürtgəcin iri gözündən keçirin. Soğanla sarımsağa əlavə edib 2 dəqiqə qovurun.
Ketçup, kərə yağı və ədviyyat əlavə edin.
Yağ əriyəndən sonra qarışdırın, şəkər tozu əlavə edib duz vurun, sonra tavanın qapağını örtüb təxminən 10 dəqiqə bişirin.
Kartofları sudan çıxarın. Azca soyudun. Uzununa iki yerə bölün. Çay qaşığı ilə içini oyun.
İçindən çıxardığınız kartofu çəngəllə əzib yerkökü və soğanla qarışdırın. Sarımsağı isə çıxarın, o, yalnız ətir vermək üçün idi.
Kartofların içini doldurun.
Pendiri sürtgəcin iri gözündən keçirin. İçi doldurulmuş kartofu yağlanmış siniyə qoyun, üzərinə pendir səpin.
180 dərəcə qızdırılmış sobada pendir əriyənədək bişirin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, bişirin, pendir, keçirin, çıxarın, gözündən, qovurun, sarımsağı, sürtgəcin, bitki, şəkər, qarışdırın, soğan, kartofu, yerkökü, sonra, soğanla, içini, qaşığı
BİZİ İZLƏYİN