Tərkibi:8 kartof
3 st. düyü
3 yaşıl bibər
1 baş soğan
1 x.q. tomat pastası
2 pomidor
pul bibər
duz
bitki yağı
Hazırlanması:Düyünü yuyun.
Soğanla bibəri xırda doğrayıb bitki yağında qovurun.
Üzərinə düyü, azca pul bibər, duz əlavə edib qarışdırın.
Tomat pastası əlavə edib qarışdırın, 1 st. suyla bişirin.
Kartofların içini oyub bir tavaya qoyun.
Hazırladığınız içlə doldurub üzərinə pomidor dilimləri qoyun.
Tavaya qaynanmış su və azca duz töküb vam odda bişirin.
Nuş olsun!
Etiketlər: bibər, pastası, pomidor, bitki, qoyun, bişirin, əlavə, qarışdırın, tavaya, içini, Kartofların, suyla, üzərinə, qaynanmış, töküb, olsun, Tavaya, dilimləri, doldurub, Tomat