• Toyuqlu yuxa mantısı resepti

Reseptin məlumatları Baxış sayı: 17 542

Tarix : 2-07-2015, 20:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədət yuxa,
1 ədət bütün toyuq döşü (bişmiş),
1dənə soğan,
4 yemək qaşığı duru yağ,
Duz,
İstiot,

Üzəri üçün:
Sarımsaqlı qatıq,
1 su stəkanı ilıq toyuq suyu.

Sosu üçün:
1/2 çay stəkanı duru yağ,
1 yemək qaşığı tomat,
1 şirniyyat qaşığı toz bibər,
1/2 çay stəkanı su.

Hazırlanıması:
Soğanı kiçik-kiçik doğrayın.
Duru yağda qovurun.
Didilmiş toyuq köksünü, duzu və istiotu əlavə edib qarışdırın.
Yuxaların birini dəzgahın üzərinə açıb toyuqlu qarışığın yarısını üzərinə gəzdirin.
Yuxanı rulon şəklində bükün .
2-3 barmaq boyunda parçalar kəsin.
Kiçik bir fırın sinisinin dibini yağlayıb parçalarınızı dikinə içinə düzün.
Diğər yuxanı da eynı şəkildə hazırlayıb siniyə düzün.
Siniyi fırına verib 210 dərəcədə üzəri qızarana qədər bişirin.
Bu arada sosu hazırlayın:
Əvvəlcə yağı qızdırın.
Tomatı əlavə edib iyi çıxana qədər qarışdırın.
Toz bibərini də əlavə edib qarışdırın.
Suyunu da töküb qarışdırın və sonra ocağın altını söndürün.
Fırından çıxartdığınız mantıların üzərinə 1 su stəkanı ilıq toyuq suyunu gəzdirin.
Sarımsaqlı qatığı və sosunu da tökün.
Sevdiyiniz ədviyyatlarla dadlandıraraq servis edin.

Nuş olsun!
Etiketlər: toyuq, stəkanı, qarışdırın, qaşığı, əlavə, üzərinə, gəzdirin, qədər, düzün, Sarımsaqlı, yemək, kiçik, hazırlayın, bişirin, arada, qızdırın, Əvvəlcə, verib, hazırlayıb, şəkildə
BİZİ İZLƏYİN