• Toyuq dolması resepti

Reseptin məlumatları Baxış sayı: 17 891

Tarix : 8-07-2015, 10:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 bütün toyuq,
1 su stəkanı düyü,
2 quru soğan,
Yarım stəkan quş üzümü,
Duz,
Istiot,
Duru yağ,
1 ədəd fırın torbası,

Hazırlanması:
Toyuğu təmizləyib içini təmiz yuyun.
Bir tavada bir soğanı qovurun.
Daha sonra düyünü qoyun qovurun və duzunu da əlavə etdikdən sonra yarım stəkan su qoyun.
Tamamən suyunu çəkmədən islatdığınız quş üzümünü əlavə edin.
Suyunu çəkənə qədər gözləyin.
Bişdikdən sonra üzərinə istiot əlavə edin.
Toyuğun içinə duz səpin.
Plovu toyuğun içinə doldurun və altdakı dərilərindən deşik açın və budlarını ora çarpaz keçirdin.
Fırın torbasının içinə soğanı kəsib qoyun.
Toyuğun üzərinə azca duz səpin torbaya yerləşdirin.
Torbanın ağzını bağlayın.
Bir neçə yerindən deşik açın.
200 dərəcə qızdırılmış fırında qızarana qədər bişirin.
1,5-2 saata yaxın bişər.
Fırından çıxardıb isti-isti servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, içinə, qoyun, sonra, deşik, soğanı, qovurun, üzərinə, qədər, səpin, stəkan, Toyuğun, keçirdin, torbasının, kəsib, çarpaz, Fırın, budlarını, altdakı, doldurun
BİZİ İZLƏYİN