• Yuxa yağlama resepti

Reseptin məlumatları Baxış sayı: 19 967

Tarix : 7-07-2015, 16:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
4 stəkan un,
10 q quru maya,
1 şirniyyat qaşığı duz,
1 çay qaşığı şəkər,
2 stəkan ilıq su,

Qiyməli içlik üçün:
300 q qiymə,
4ədəd soğan,
3 yaşıl bibər,
4 pomidor,
1 yemək qaşığı bibər tomatı,
Yarım stəkan duru yağ,
2 yemək qaşığı kərə yağı,
Duz,
Istiot,
Pul bibər,
1 stəkan isti su,
Üzəri üçün:
1 kasa qatıq,
1 diş sarımsaq,
Duz,

Açmaq üçün:
Bir kasa un,

Hazırlanması:
Unu yoğurma qabına alın.
Ortasına duz, şəkər , mayanı da qatıb ilıq suyu isə yavaş-yavaş əlavə edərək xəmiri yoğurun.
Bu xəmiri əldə edə bilmək üçün uzun sürə yoğurub suyu diqqətli , az-az əlavə etmək lazımdır.
Xəmir normasında olunca üzərini örtüb mayalanmasını gözləmək lazımdır.
Xəmir mayalanarkən soğan və bibərləri kiçik-kiçik doğrayın.
Pomidorları rəndələyin.
Qiyməni qazana yığın, yağ əlavə etmədən ocağa qoyun və suyunu salıb çəkəndən sonra isə yağını əlavə edin.
Sonra soğanları da əlavə edib yaxşıca qovurun.
Qovrulan soğanlara bibər tomatını əlavə edin.
Bibər və pomidoru da əlavə edib daha 5 dəqiqə qovurduqdan sonra 1 stəkan isti su əlavə edin.
Sonra duzunu istiotunu , bibərini, də əlavə edib qapağını örtün və rəngi tündləşincə ocaqdan alın.
Mayalanmış xəmiri 20 ədəd kündəyə ayırın.
Hər bir kündəni keks sinisindən bir az böyük açın.
Teflon tavanı ocağa qoyub açdığınız yuxanı tək-tək qurutmadan bişirin.
Bişən yuxaları süfrə bezinə bükərək ağzı örtülü bir qaba yığın qurumasınlar.
Bişirmə başa çatdıqdan sonra geniş bir sininin içinə əvvəl yuxanı, sonra isə hazır qiyməni yaxın.
Sonra onu 4 yerə bölün.
Üzərinə sarımsaqlı qatıq yayın.
Isti-isti servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, stəkan, qaşığı, bibər, sonra, Sonra, xəmiri, Xəmir, lazımdır, yığın, yavaş, ocağa, yuxanı, kiçik, qatıq, soğan, şəkər, yemək, Bibər, pomidoru
BİZİ İZLƏYİN