• Çərkəz mantısı resepti

Reseptin məlumatları Baxış sayı: 16 331

Tarix : 23-07-2015, 22:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 su stəkanı un,
1,5 su stəkanı su,
1 şirniyyat qaşığı duz,

Iç üçün lazım olan ərzaqlar:
5 kartof,
1 soğan,
4 yemək qaşığı zeytun yağı,
Duz,
Istiot,
120 q kərə yağı,
1 yemək qaşığı pul bibər,

Hazırlanması:
Kartofların qabığını soyun.
Iri-iri doğrayıb yumşalana qədər bişirin.
Kartofları əzib püre halına gətirin.
Soğanı küp şəklində doğrayıb zeytun yağında qızarana qədər qovurun.
Kartof, duz, istiot və pul bibəri də əlavə edib qarışdırıb soyumağa qoyun.
Bir kasaya un, duz alıb yoğurun.
Suyu yavaş-yavaş əlavə edərək xəmiri yoğurun.
Lazım olsa əlavə un və su da əlavə edə bilərsiniz.
Sonra xəmiri 40 dəqiqə dincə qoyun.
Xəmiri unlanmış dəzgahda çox incə olmayacaq şəkildə açın və yuvarlaq bir qab ilə parçalar kəsin.
İçərisinə kartof qarışığını əlavə edin.
Alt hissəsindən başlayaraq saç hörgüsü şəklində bağlayın.
Duzlu qaynayan suda bişirib süzün.
Kərə yağını əridib pul bibər ilə qarışdırın və mantıların üzərində gəzdirin.
Isti halda servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, yoğurun, qoyun, bibər, qədər, şəklində, zeytun, doğrayıb, yavaş, kartof, xəmiri, stəkanı, yemək, parçalar, kəsin, İçərisinə, qarışığını, dincə, şəkildə
BİZİ İZLƏYİN