• Tərəvəz çığırtması resepti

Reseptin məlumatları Baxış sayı: 18 586

Tarix : 11-12-2015, 14:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Hər pay üçün:

200 q badımcan,
350 q ispanaq,
100 q pomidor,
50 q göy soğan,
yumurta,
30 q yağ,
100 q qatıq,
15 q cəfəri,
istiot,
duz.

Hazırlanması:
Tərəvəz çığırtması üçün badımcan soyulub kub şəklində doğranır, duzlanır və acı suyu sıxılıb çıxarıldıqdan sonra soğanla birlikdə qızardılır.
Çığırtma ispanaqdan hazırlanan hallarda ispanaq seçilib qaynar duzlu suda bişirilir və sıxılır. Ayrıca da soğan, doğranmış pomidor qızardılıb badımcana yaxud ispanağa qatılaraq içinə ədviyyat vurulur, tavanın içinə qoyulub üstünə salınmış yumurta vurulur vəqızdırıcı şkafda bişirilir. süfrəyə verilən zaman üstünə göyərti səpilir və ayrıca olaraq yanına qatıq qoyulur.

Nuş olsun!
Etiketlər: qatıq, içinə, vurulur, üstünə, yumurta, bişirilir, ispanaq, pomidor, soğan, badımcan, ədviyyat, tavanın, qoyulub, qatılaraq, qızardılıb, badımcana, salınmış, yaxud, ispanağa, verilən
BİZİ İZLƏYİN