• Ətsiz çiy küftə resepti

Reseptin məlumatları Baxış sayı: 18 287

Tarix : 10-12-2015, 15:00

Bölmə : Quru yeməklər / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 su stəkan bulğur,
1 quru soğan,
1 su stəkanı soyuq su,
2 şorba qaşığı tomat,
1 şorba qaşığı istiot,
1 çay qaşığı qırmızı bibər,
Yarım çay stəkanı duru yağ,
1 az duz,
Yarım dəstə cəfəri,

Hazırlanması:
Bulğuru dərin bir qaba alıb su ilə isladın.
Soğanı doğrayıcıdan keçirdib incə hala gətirin.
Cəfərini incə-incə doğrayıb bulğurun üzərinə tökün.
Duz,tomat və bibərləri də əlavə edib yaxşıca yoğurun.
Daha sonra tavaya duru yağ qoyub qızdırın və bulğurun üzərinə gəzdirib yoğurmaya davam edin.
Daha sonra ovcunuzda sıxıb şəkil verərək serviz edin.

Nuş olsun!
Etiketlər: qaşığı, tomat, bulğurun, sonra, üzərinə, şorba, Yarım, stəkanı, yaxşıca, yoğurun, serviz, əlavə, bibərləri, olsun, tökün, tavaya, qızdırın, davam, ovcunuzda, sıxıb
BİZİ İZLƏYİN