• Həftəbeçər resepti

Reseptin məlumatları Baxış sayı: 43 927

Tarix : 30-07-2015, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
3-4 ədəd kartof,
1 böyük badımcan,
1 böyük kabak,
3-4 ədəd uzunsov bibər,
1 quru soğan,
2 pomidor,
1 diş sarımsaq,
Duz,
Istiot,

Qızartmaq üçün:
duru yağ,
Su,

Hazırlanması:
Kabak və badımcanları alacalı soyun.
Küp-küp dilimlıəyin.
Bir qabın içərisində duzlu suda 10 dəqiqə saxlayın.
Kartofları da soyub küp-küp dilimləyin və yağda qızardın.
Bibərləri də yeməklik doğrayıb qızardın.
Qazana yarım çay stəkanı duru yağ qoyub qızdırın.
Soğanı incə-incə dilimləyib yağda bir az qızarana qədər qovurun.
Daha sonra pomidorları çox incə dilimləyib qazana alın.
Sarımsağı da əlavə edib 3-4 dəqiqə qovurduqdan sonra qızartmış olduğumuz tərəvəzləri də qazana yığın.
Duzunu istiotunu qoyub 1 su stəkanı su əlavə edirik.
Qapağını qapadıb 3-4 dəqiqə bişirdikdən sonra ocaqdan alıb servis edin.

Nuş olsun!
Etiketlər: sonra, dəqiqə, yağda, qazana, əlavə, qızardın, dilimləyib, qoyub, böyük, stəkanı, pomidorları, qızdırın, qovurun, Sarımsağı, qızarana, qədər, Soğanı, qovurduqdan, qapadıb, Qapağını
BİZİ İZLƏYİN