• Süzmə plov resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 23 766

Tarix : 19-03-2017, 17:00

Bölmə : Quru yeməklər / Aş - Plov / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
2 stəkan düyü,
1 kasa xurma,
1 kasa üzüm,
3 ədəd kartof,
2 yemək qaşığı kərə yağı,
Bir az duru yağ

Hazırlanması:
Suyu doldurub qaynamağa qoyun. Sonra düyünü ayırtlayın. Ayırtlamış olduğunuz düyünü bir neçə
dəfə yuyun.Düyünün suyunu süzün və suyun qaynamasını gözləyin. Su qaynadıqdan sonra içərisinə yetərincə duz əlavə edin. Bundan sonra qaynayan suya yuduğunuz düyünü əlavə edin. Düyü bişənə qədər qaynadın.Düyü bişəndən sonra onu süzün. Düyü bişənə qədər kartofları təmiz-təmiz yuyun və qabıqlarını soyun. Halqa halqa doğrayın .Dərin bir qazanda azacıq yağ qoyub qızdırın. Dilimləmiş olduğunuz kartofları yağda tərs düz qızardın.Sonra süzdüyünüz düyünü kartofun üzərinə əlavə edin.Bütün bunlardan sonra düyünün bir tərəfinə xurma , digər tərəfinə isə yuyub süzdüyünüz üzümü tökün.Ayrı bir tavada isə kərə yağını və duru yağı qatıb qızdırın. Düyünün, xurmanın və üzümün üzərinə
gəzdirin.Vam odun üzərində qazanın ağzına dəsmal qoyaraq plovu dəmə qoyun.
Vam odda plov 45 dəqiqəyə yaxın dəm alsın.Aradabir qapağı qaldıraraq yığılan suyu kənara atın.İsti halda servis edin.

Süzmə plov resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: düyünü, sonra, əlavə, Düyünün, yuyun, bişənə, süzün, təmiz, kartofları, süzdüyünüz, qədər, olduğunuz, xurma, üzərinə, qızdırın, tərəfinə, Sonra, qoyun, Bütün, kartofun
BİZİ İZLƏYİN