• Qatıqlı xəngəl resepti

Reseptin məlumatları Baxış sayı: 15 406

Tarix : 17-12-2015, 22:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
Yarım kq un,
2 yumurta,
Duz,
Ilıq su,

Içi üçün:
Yarım kq kartof,
1 quru soğan,
Duz,
Duru yağ,
Istiot,
Kəklik otu,
Nanə,
1 yemək qaşığı tomat,

Hazırlanması:
Unun içinə yumurtaları qırın.
Bir şirniyyat qaşığı duz atın.
10 dəqiqəyə yaxın xəmiri yoğurun.
Bir yandan da kartoflarl bişirin.
Bişən kartofları rəndələyin.
Bir tavada yarım çay stəkanı yağda incə doğranmış soğanları qovurun.
Duzunu, tomatını, ədviyyatlarını da qatın.
Bir az daha qovurduqdan sonra soyumağa qoyun.
Soyuyan soğanı kartof rəndəsinin üzərinə əlavə edin.
Kündələrə ayırıb dincə qoyduğunuz xəmirləri yuxadan bir az qalın yayın.
Su stəkanı ilə kənardan başlayaraq kəsin.
Hazır içdən xəmirin içinə yarım yemək qaşığı qoyub bükün.
Kənarlarını bərkidib unlanmış siniyə qoyun.
Bir qazanın içinə duzlu su qoyub qaynadın.
Suyun içinə duru ağ əlavə edin.
Qaynayan suyun içində mantınızı bişirin.
Bişən mantıları servis tabağına alın.
Üzərinə sarımsaqlı qatığı əlavə edin.
Kiçik bir tavada kərə yağı və pul bibəri qovurub mantının üzərinə gəzdirin.

Nuş olsun!
Etiketlər: içinə, qaşığı, əlavə, Bişən, Yarım, qoyun, bişirin, qoyub, kartof, üzərinə, yarım, stəkanı, tavada, yemək, siniyə, Kənarlarını, unlanmış, bərkidib, bükün, Hazır
BİZİ İZLƏYİN