• Belin böyrək hissəsindən kabab resepti

Reseptin məlumatları Baxış sayı: 16 655

Tarix : 9-04-2016, 15:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 1-2


Tərkibi:
Hər payına:

270 qr qoyun əti,
62 q qoyun böyrəyi,
60 q baş soğan,
40 q göy soğan,
5 q kərə yağı,
10 q cəfəri,
3 q sumaq,
istiot,
duz.

Hazırlanması:
Belin böyrək hissəsinin əti soyulub azacıq yastılanır və bundan bir tikə kəsilib dörd yerdən yarılır. Böyrəklə isə pərdədən azad edilib yuyulur. Ət böyrəklələ birlikdə şişə taxılıb duzlanır və üstünə yağ çilənərək manqalda kömür üzərində qızardılır. Süfrəyə verilən zaman yanına adi tikə kabab üçün olduğu kimi göyərti qoyulur.

Nuş olsun!
Etiketlər: qoyun, soğan, manqalda, çilənərək, kömür, üzərində, üstünə, taxılıb, böyrəklələ, birlikdə, qızardılır, duzlanır, verilən, göyərti, qoyulur, olsun, olduğu, kabab, yuyulur, zaman
BİZİ İZLƏYİN