• Pendirli açma resepti

Reseptin məlumatları Baxış sayı: 25 712

Tarix : 30-11-2015, 20:00

Bölmə : Quru yeməklər / Duzlu xəmir işləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
2 stəkan süd,
1 stəkan duru yağ,
1 stəkan ilıq su,
1 yumurta ağı
2 yemək qaşığı şəkər,
1 az duz.
1 paket yaş maya.
Yetərincə un.

Hazırlanması:
Yoğurma qabına maya və ilıq su alıb mayanı əridin.
Daha sonra digər ərzaqları sırası ilə əlavə edib yumşaq xəmir yoğurun.
Xəmiri otaq temperaturunda 1 saat saxlayın.
Sonra xəmirdən yumurta böyüklüyündə kündələr ayıraraq uzununa ovuc içi qədər açın.
Xəmirin içinə ərimiş marqarin yaxın və üzərinə başqa bir xəmir qoyub təkrar marqarin yaxın.
Iç xərcindən qoyub xəmiri rulon şəklində bükün və simit şəkli verərək uclarını birləşdirin.
Yağlanmış siniyə yerləşdirin.
Daha sonra üzərinə yumurta sarısı sürtüb küncüt, çörək otu səpin.
Yarım saat dincə qoyduqdan sonra əvvəlcədən 200 dərəcə qızdırılmış fırında bişirin.

Nuş olsun!
Etiketlər: sonra, yumurta, stəkan, xəmir, marqarin, qoyub, yaxın, üzərinə, şəkli, simit, uclarını, birləşdirin, verərək, xəmiri, xərcindən, təkrar, Yağlanmış, rulon, şəklində, bükün
BİZİ İZLƏYİN