• Güvəcdə (saxsı tavada) küftə resepti

Reseptin məlumatları Baxış sayı: 14 371

Tarix : 9-02-2016, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
Yarım kq küftəlik qiymə,
1 ədət yumurta,
1dənə quru soğan,
3 diş sarımsaq,
4 qaşıq suxarı unu ,ya da çörək içi,
İstiot,
duz,

Küftələri qızartmaq üçün:
Duru yağ

Pomidor sosu üçün:
5 ədət orta böyüklükdə pomidor,
1,5 şorba qaşığı tomat,
3 şorba qaşığı duru yağ,
Yarım çay qaşığı toz şəkər,
İstiot
duz

Üzəri üçün:
Lazım olan qədər holland pendiri rəndəsi,

Hazırlanması:
Soğan və sarımasaqları soyun.
Soyduqdan sonra təmiz yuyun.
Suxarını və yaxud da çörək içini isladın ki, qiymənin içində rahat qarışa bilsin.
Yumurtaları da təmiz yuyun.
.Dərin bir qabın içinə quru soğan və sarımsaqları rəndələyin.
Üzərinə qiymə, çörək içi yumurta və qalan ərzaqları əlavə edərək yarım saat yoğurun.
Hazırladığınız ərzaqları 1 saata yaxın soyuducuda saxlayın. Soyuducuda saxladığınız ərzaqlardan yumurtaböyüklüyündə parçalar ayıraraq ovuç içində arzuya görə şəkil verin.
Bütün küftələr hazırlandıqdan sonra teflon tavaya bir az duru yağ qoyaraq ocağa alın və hazırladığınız küftələri qızardın. Qızartdığınız küftələri güvəcə (saxsı qaba) düzün.Pomidor sosunu hazırlamaq üçün balaca bir qazana bir az sıvı yağ əlavə edin. Üzərinə rəndələdiyiniz pomidorları və 1,5 qaşıq tomatı əlavə edərək 5 dəqiqə qədər qovurun.Qovrulan pomidorların üzərinə toz şəkər, duz və istiotu əlavə edərək 10 dəqiqə qədər bişirin.
Hazırladığınız pomidor sosunu güvəcə düzdüyünüz küftələrin üzərinə tökün.
Lap sonda küftələrin üzərinə holland pendiri rəndəsi əlavə edərək 200 dərəcə qızdırılmış fırında pendirlər əriyənə qədər bişirin. Güvəcdə bişirdiyimiz küftələr artıq servisə hazırdır.
Düyü plovu ilə birlikdə isti olaraq servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, edərək, qədər, çörək, qaşığı, üzərinə, sonra, təmiz, küftələr, rəndəsi, küftələri, holland, pendiri, küftələrin, bişirin, Üzərinə, ərzaqları, dəqiqə, sosunu, içində
BİZİ İZLƏYİN