• Bibərli yumurta resepti

Reseptin məlumatları Baxış sayı: 14 864

Tarix : 8-02-2016, 20:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : Yox


Tərkibi:
İri yaşıl və ya rəngli bibər
Yumurta
Pendir (istəyə görə)
Göyərti (istəyə görə)
Duz

Hazırlanması:
Yumurtanı bir çox qida maddəsi ilə birliktə istifadə etmək mümkündür. Məsələn, kolbasalı, kartoflu, pomidorlu və s.
Ancaq bizim bu reseptdə tamamən başqa formada bir yumurta bişirmə üsulunu sizə anlatacağıq.
İri və sağlam yaşıl və ya rəngli bibər götürülür. Rəngli bibər olması daha yaxşı olar. Bibər eninə kəsilir. Alt və üst hissəsi ayrılır.
Teflon tavaya çox az yağ əlavə edilir. Kəsilən bibər tavaya qoyulur. Bibərin dibinə biraz pendir və çox kiçik ölçüdə doğranmış göyərti əlavə edilir. Tavanın qapağı örtülür. İçərisində pendir və az miqdarda göyərti olan bibər burada biraz bişirilir. Pendir əriyir. Bundan sonra yumurta pendirli, göyərtili bibərin içərisinə qırılır. Bu zaman diqqət etmək lazımdır ki, yumurtanın ağı ilə sarısı çox da bir-birinə qarışmasın. Yumurta vurulduqdan sonra qazanın qapağı yenidən örtülür. Vam odda yemək bişirilir.
Bişmə müddəti zövqə görə dəyişir. Belə ki, əgər siz yumurtanı çox bişməmiş, sarısı biraz maye qalmasını istəyirsinizsə, o zaman ocağın üzərində çox tutmayın. Bu zaman yumurta daha ləzzətli olur.
Buyurun, həm ləzzətli, həm də göz oxşayan yeməyimiz hazırdır.

Nuş olsun!
Etiketlər: bibər, yumurta, zaman, biraz, sonra, Yumurta, bişirilir, etmək, edilir, əlavə, sarısı, yaşıl, tavaya, ləzzətli, pendir, Bibərli, örtülür, istəyə, Pendir, qapağı
BİZİ İZLƏYİN