• Şah plovu resepti

Reseptin məlumatları Baxış sayı: 58 904

Tarix : 19-03-2017, 10:00

Bölmə : Quru yeməklər / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
500 qr. qoyun əti
800 qr. düyü
100 qr. kişmiş
100 qr. qaysı
100 qr. albuxara
3-4 orta boy soğan
300 qr. kərə yağı
5-6 ədəd iri lavaş Yarım limon duz,istiot,zəfəran və ya sarıkök.

Hazırlanması:
İlk öncə düyünü qaynatmaq üçün qaynamağa su qoyuruq. Daha sonra quru meyvələri islağa qoyuruq.Düyünü də duzlu və limonlu suya yumuşalması üçün qoyuruq. Əti quş başı doğrayıb vam ocaqda öz suyunu salıb qızarmağa başlayıncaya qədər qovururuq. Başqa bir tavada doğradığımız soğanları qovurururq.Soğanlar qovrulduqdan sonra bura islatdığımız quru meyvələri və əti də əlavə edib bütün bunları biraz bir yerdə qovururuq.Düyünü duzlu suda az bişirib süzürük.Plovu bişirəcəyimiz qazanın dibini əridilmiş kərə yağı ilə yağlayırıq.Lavaşların da bir-bir hər iki üzünü yağlayıb qazanın dibinə və kənarlarına doğru düzürük.Düyünün yarısını lavaşların üzərinə tökürük.Yağ və sarıkök ya da dəmlənmiş zəfəranın suyunu səpirik. Hazırladığımız qaranın hamısını düyünün üzərinə töküb yayırıq. Onun üzərinə qalan düyünü əlavə edib,yenə də yağ və ədviyyat səpirik.Lavaşların kənarlara çıxan hissələrini düyünün üzərinə gətiririk. Bir ədəd lavaşı yenidən yağlayıb düyünün hər tərəfini örtəcək şəkildə yayırıq. Qazanın ağzına ya dəmirdən qapaq qoyuruq,ya da aluminyum falqa ilə bağlayırıq. Sobaya qoyub 180 dərəcədə 1 saata qədər dəmləyirik. Sobadan çıxartdıqda qazanın ağzına ya patnos,ya da bir tava tutub qazanı tərs çevirirk.

Nuş olsun!
Etiketlər: qoyuruq, üzərinə, düyünün, qazanın, duzlu, Düyünü, meyvələri, səpirik, ağzına, yayırıq, qovururuq, qədər, əlavə, suyunu, düyünü, sonra, yağlayıb, Lavaşların, sarıkök, qalan
BİZİ İZLƏYİN